Baxmayaraq ki, markasından asılı olaraq həmin əşyanın məxsus olduğu firmanın servisləri var. Servislər gördükləri işə və lazım olan əlavə hissənin keyfiyyət və orijinallığına zəmanət versə də, insanları digər yerlərdə cəlb edən başqa amillər var.
Rəsmi olduğu üçün təmirin və əlavə hissələrin keyfiyyətinə zəmanət verilsə də əksər insan elektron texnikanın təmiri zamanı servislərə üz tutmur. Buna əsas səbəb servislərdə təmirin həddindən çox baha olmasıdır. Bəzən məişət əşyalarının servislərdə təmiri üzərinə azca da qoyub yenisini almağa sövq edir. Hətta bəzən hər hansı bir əşyanın təmirinə qiymətinin 60-70 faizi qədər pul xərclənir. Bunun isə bir çox səbəbləri var
Servislərdən fərqli olaraq ustalar hər hansı bir əşyanı yenisi ilə əvəz etmir, onu işlənmişi ilə dəyişdirirlər. Məsələn paltaryuyan maşının təmiri markasından asılı olaraq servisdə 200 ilə 25 manat arasında xərc tələb edirsə usta bu işi maksimum 5-10 manata görür. Televizorun təmiri ustada maksimum 200 manata başa gəlirsə, servis alış qiymətinin 80 faizinədək pul tələb edir. Soyuducunun ustada maxismum 150 manat, minimum 15 manatdırsa, servisdə 200 ilə 25-30 manat arasında xərci olur.
Təmir qiymətlərində ümumi məbləğin özəyini ehtiyat hissəsi tutur. Amma ustada və servisdə yenə müəyyən fərqlər olur.
[[MEDIA_0]]