Şahnaz Nəsirova - "İncə-incə sevənlər var"

QADIN....

Seni her gun sorushur Qoyub getdyin qadin... Cixmir ki,yaddashindan Ne suretin,ne adin...

Kuleklere oyredir Siqalini sacinin.. Herden bir sheker tapir Icinden her acinin...

Ari kimi bal yiqir Yuva qurur qush kimi... Geceler yorqun dushur Yataqina dash kimi...

Dabanlari sizlayir Aqrilardan cat verir... Sen bilmezsen gorenler Bu derde ne ad verir...!

Seni senden qoruyur Qoyub getdiyin qadin.... Omurunu,gununu Yele verdiyin qadin....

 

DƏNİZ

..Hərdən üzə çıxır xatirələr... hərdən batır sularda. Hələ  nə sirlər gizlənir, gör nələr yatır sularda... ...Çirkab götürməz, cəsəd saxlamaz su... Nə varsa diri qalır sularda...

TANRİ İLƏ SÖHBƏT

Adam olmaqdan bezmişəm,Tanrım, bir az da balıq olmaq istəyirəm... Adamlığdan çıxıb çoxu, seyrəkləşib Yer üzü... Adam da adam əti yeyər,Tanrım..!? Balıqlar başqadı... məskəni də geniş sular,böyuk dənizlər... hara istəsələr üzüb gedərlər... unudarlar yer üzünü, görməzlər pisıikləri..

Amma hərdən  adamların toruna ilişər onlar da, başlarına bəla olar inamları... Adamlar dənizləri,cayları çox görər onlara, ölümünə fərman verər balıqçı qırmaqları.... Çağırallar Allahı.... "Balıq olmaqdan yoruldum " deyə... Qulaqlarına düşər insan hıçqırıqları... "Adam olmaqdan yorulmuşam ".. Tanrım....

 

********

İncə-incə sevənlər var kobud unudar səni.... Əllərinin istisini, gözlərinin tüstüsünü bir ikonaya satıb unudar səni.... Bir gülüşə,bir sevincə çiçəkliyər quru budaqlar da... "Sıfır"dan aşağı başlayar bütün sevdalar, amma "sıfır" həddinə dözüm olmaz ayrılıqlarda.... bir bulud ağırlığıdı kipriklərimin rəqsi... yuxusu qaçmış gözlərimə  Tanrı duasıdı qansızma... Off... yenə zoqquldayır ürəyim...

 

 **********

...Seni , sonuncu gullem kimi sixdim ozune... cixdin  dishlerim arasindan can kimi... qan fishqirdi uzume...! ...Boyat yuxularin esiriydn .. yenemi aqriyir qolun, ureyinin yerine...?

  

 *********** 

...men elektrik direyiyem... sinirlerim meftil.... yuksek gerginlik menim ucun hec nedi... menden asilib "El vurma oldurer!" lovhesi... ...yanimdan qorxa-qorxa kecib gedir adamlar... eh...can yaman shirin sheydi.....!

...qalaq-qalaq aqrilqri otururem ... cekirem bashima xatireleri... uduram qeher-qeher  teze keshf etdiyim planeti.... ...bu gun bitir ayriliqlar.!.. sabaha  vusal da yoxdu... ...bilirsen..?..

**********

..Bir de goreceksen gelib cixmisham, O uzaq sheherden o yad sheherden.. Yolumu ne qeder gozleyenler var, "Sen" deyib durmusham mense seherden...

Ishiqli kuceler bambashqadi ta... Kecidler ta meni saxlaya bilmir Pasport isteyen var, ad sorushan var Hec kes ureyimi yoxlaya bilmir...

Ucurur sacimi esen kulekler, Etri menden qabaq catacaq sene... Kiminse elinde solur cicekler Gozunu yash tutur yene kiminse...

Ayiq ol,yanindan kecib gederem Taniya bilmezsen... cox deyishmishem... Sene son sheklimi gonderirem,bax Neceyem...? .doqrudan cox deyishmishem?!...

 

 *********

...Acib tokeceksen albomu..... ...qarishdiracaqsan shekilleri.... ...nese axtara...axtara....geceni qoshacaqsan sabaha.... ......elin bosh qalacaq ....donmeyecek itkilerin....

....hirsle tullayacaqsan...kenara.. ...dalinca bir tepik de vuracaqsan.. ...gunahkar olmasa da... ....qezebini soyutmaqa bir iki shekli de yandiracaqsan...

......sonra ....sonra yadina dushecek.... ...qosha sheklimizin yoxluqu... ...uzune qayidacaq....icine cirpilacaq ...bayaqki shuxluqun....

 

 **********

Məni aldadır ürəyim... sancır...sancır... mən də onu aldadıram, sancı-sancı...

Səhər Günə tuturam, gecə Aya sərirəm... üzümü qibləyə tutub ağrı qılıram şərəfinə....

Həkimlər aldadır ikimizi də... ürəyində heç nə yoxdu deyə.. uzun bir resept yazıb verir ürəyimə....

 ********

Mənsiz goylərə baxıb Ürəyin darıxdımı... Gözündən uzaq olan  Könlundən iraqdımı..?

Səsini dönə-dönə Yudu,yudu yağişlar. Göy üzünə ah kimi  Çəkildi ağ buludlar.

Günahını içinə Çəkdi son nəfəs kimi. Mən dunyada daş kimi, O məndə günah kimi...

Axşamlar sükut çökür O yollara izlərə. Mələklər qollarında Məni endirir yerə.

Kipriklərinə qonub Xəyalına köçürəm. Səhərədək bu yolu Milyon dəfə ölçürəm...

Ver mənə əllərini Yuxudu..kimsə görməz.. Pərişan hörükləri Özgə darayıb hörməz