Səhmdar cəmiyyətlərinə nəzarət gücləndiriləcək

Azərbaycan prezidentinin fərmanına əsasən, bu şirkətlərə dövlətin nümayəndəsi təyin ediləcək.

Son zamanlar dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə prosesinin təşmilləşdirilməsi, şəffaflığın artırılması ilə bağlı bir necə fərman və sərancam imzalanıb.

Əsasən bu sənədlərdə diqqəti çəkən məqam Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səlahiyyətlərinin azaldılması və bu sahədə idarə etmənin mərkəzləşdirilməsi prosesi gedir. 

Bu şəkildə mərkəzləşdirilmiş idarə etmənin müsbət və mənfi tərəfləri var. Yeni özəlləşdirmə proqramının hazırlanması ilə bağlı qərarda ƏMDK-nin özəllədirməyə çıxarılacaq müəssisələr haqqında qərar vərmə səlahiyyəti alınmışdı. 

Bu barədə Oxu.Az-a açıqlamasında kapital bazarları üzrə ekspert Cəfər İbrahimliAzərbaycan prezidenti İlham Əliyevin "Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında fərmanını şərh edərkən deyib.

"Daha əvvəllər dövlətin 30% və daha çox payi olan səhmdar cəmiyyətlərin və birgə müəssisələrin rəhbərliyi Komitə tərəfindən müəyyən edilirdisə, yeni fərmanla bu şəxslər Prezident tərəfindən təyin ediləcək (yeni yaradılan dövlət müəssisələrinin rəhbərləri Prezident tərəfindən təyin edilirdi). 

Eyni zamanda dövlət payı olan müəssisələrdə monitoriq və araşdirmalar apararaq nəticələr barədə müvafiq mərkəzi hökümət orqanlarına məlumat göndəriləcək. Bu məlumatlar əsasında müəssisələrin özəlləşdirməsi və ya diğər tədbirlərin görülməsi Prezident və Nazırlər Kabineti tərəfindən müəyyən olunacağı kimi görünür. 

Dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi ilə bağlı qararlarda pararellik olduğu yeni səlahiyyət bölgüsünün aparıldığı müşahidə olunur”, - deyə C.İbrahimli qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.