Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz facebook profilində rəhbərlik etdiyi sığınacağın köməyə ehtiyacı olduğunu qeyd edib.
Bildirib ki, sığınacaqda ərzağa ehtiyac var: "Vacib qidalar (yağ, düyü, qarabaşaq (qreçka), şəkər tozu, uşaq yeməyi və s.) çatışmır. Xahiş edirik dəstəyinizi əsirgəməyin. Unutmayın ki, sığınacaqdakı sakinlər sizlərin hesabına ərzaq və geyimlə təmin olunur. Əgər kiminsə gəlməyə imkanı yoxdursa, işçilər göturə bilərlər”.

Bundan əlavə, M. Zeynalova bildirib ki, sığınacağa, 280 manat işıq pulu gəlib, müəyyən miqdarını ödəyə biliblər, 160 manat borc qalıb: "Bu gün ödənməsə sığınacağın işığı kəsiləcək, xahiş edirik dəstəyinizi göstərəsiniz”.
İmkanlı və mərhəmətli insanlardan bu müraciətə etinasız yanaşmamağı, bu əlaqə telefon nömrələri ilə əlaqə saxlamağı xahiş edirik: (055) 314 35 15