Bu gün Konfrans Liqasında finalçılar bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Sabahinfo.az  xəbər verir ki, bununla da turnirin finalçıları müəyyənləşəcək.

İlk matçda İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "Bazel" İsveçrədəki görüşdə ən azı hazırkı üstünlüyünü qorumağa çalışacaq. "Sankt-Yakob Park" stadionunda oynanılacaq qarşılaşmanı ispaniyalı referi Xose Mariya Sançes idarə edəcək.

Yarımfinalın digər oyununda isə İngiltərə "Vest Hem"i Niderlandda "AZ Alkmaar"la münasibətlərinə aydınlıq gətirəcək. AZ stadionundakı matçın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq. Komandalar arasında ilk oyunda London klubu 2:1 hesablı qələbə qazanıb.

UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
18 may

23:00. "Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya)
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, "Sankt-Yakob Park" stadionu
İlk oyun - 2:1

23:00. "AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun - 1:2

Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.