Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, materiya daim
hərəkətdə olduğu kimi, dövlət də daim inkişaf etməli, ölkədə quruculuq işləri aparılmalıdır. Bu proseslərin
dayanması ölkədə durğunluğun yaranmasına və əks prosesin – tənəzzülün başlanmasına səbəb olur və son
nəticədə ölkənin dağılması ilə sona çatır. Azərbaycan Respublikasının da daxil olduğu keçmiş SSRİ-də XX
əsrin 80-ci illərində "yenidənqurma” haqqında təbliğat başlansa da, həmin dövrdə ölkə rəhbəri M.
Qorbaçovun islahat aparmağa cəsarəti və səriştəsi olmadığından tənəzzül daha da dərinləşdi və 1991-ci ilin
ortalarında SSRİ bir ölkə kimi dünya xəritəsindən silindi.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya aktını qəbul etdi və Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik
ənənələrini davam etdirərək suveren müstəqil Azərbaycan Respublikasının yaradılması işinə başladı. Lakin
1991-1992-ci illərdə A. Mütəllibovun və 1992-1993-cü illərdə Xalq Cəbhəsi-Müsavat cütlüyünün rəhbərliyi
dövründə ölkədə tənəzzül daha da gücləndi. Bu isə onunla əlaqədar idi ki, hüquqi bazaya söykənən iqtisadi
islahatlar aparılmadan siyasi islahatlar önə çəkilir, ölkənin inkişafını təmin edən iki ayrılmaz amilin – iqtisadi və
siyasi islahatların süni surətdə bir-birindən ayrılması prosesi gedirdi. Belə bir eksperimentin aparılması isə
cəmiyyət və dövlət üçün çox təhlükəli olduğundan ölkəni geri çəkirdi. 1991-1993-cü illərdə ölkə rəhbərliyi
tərəfindən heç bir elmi əsasa söykənməyən bu siyasət ölkə iqtisadiyyatının dağıdılmasına, xalq mülkiyyətinin
ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilməsinə, hərc-mərcliyin və özbaşınalığın vüsət almasına səbəb
olmaqla cəmiyyət üzvlə-rində çaşqınlıq və ümidsizlik yaratmışdı. Azərbaycan Respublikası öz müstəqilliyini
itirmək təhlükəsi qarşısında qalmaqla çox ağır günlərini yaşayırdı, ölkə rəhbərliyi törətdikləri əməlin girovuna
çevrilərək acizlik nümayiş etdirirdi.
Onu da qeyd etmək lazımdır ki, respublikamızda 1991-1993-cü illərdə həyata keçirilən dağıdıcı
fəaliyyət qısa bir dövrü əhatə etsə də, öz mənfi təsirinin gücünə görə geniş və əhatəli idi. Belə ki, istehlak
mallarının qiyməti 1990-cı ilə nisbətən yüz dəfələrlə artmış, büdcə kəsirinin ÜDM-ə nisbəti xeyli yüksəlmiş,
ölkə iqtisadiyyatına bir manat da olsa xarici sərmayə qoyulmamış, xarici ticarət dövriyyəsinin həcmi
əhəmiyyətli dərəcədə azalmış, maliyyə-bank sistemi iflic vəziyyətinə düşmüşdü. Yaranmış bu acınacaqlı
vəziyyətdən çıxış yolunu Azərbaycan xalqı özü müəyyən etdi və 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi
ilə Heydər Əliyev hakimiyyətə gətirildi. Heydər Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən qayda-qanunun
bərpası, icra intizamına əməl edilməsi, cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün çox mühüm və təsirli
tədbirlər həyata keçirməyə başladı.
İqtisadi və siyasi islahatları həyata keçirmək üçün ölkədə ilk növbədə siyasi sabitliyin mövcudluğunu
yüksək qiymətləndirən ulu öndər 1994-cü ilin may ayında atəşkəs barədə müqavilə imzalanmasına nail oldu.
Bu, ölkədə nisbi sabitliyin təmin edilməsi iqtisadi islahatlara başlamaq üçün əsaslı zəmin yaratdı və 1994-cü ilin
sentyabr ayında dünyanın inkişaf etmiş bir çox ölkələrinin aparıcı şirkətləri ilə "Əsrin neft müqaviləsi”
imzalandı. Buna baxmayaraq, müəyyən qüvvələr Azərbaycanda yeni yaranmış sabitliyi pozmaq, öz məkirli
niyyətlərini həyata keçirmək üçün 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər
təşkil etdilər. Lakin Heydər Əliyevin yüksək təşkilatçılığı və vaxtında həyata keçirdiyi tədbirlər bu cəhdlərin
qarşısını aldı və ölkəmizdə siyasi sabitlik təmin edildi.
Bundan sonra bazisi təşkil edən iqtisadi islahatlarla yanaşı, üstqurum yaratmağa xidmət edən siyasi
islahatların vəhdətinə yönəlmiş tədbirlər həyata keçirilməyə başlandı. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, quruluşa təminat vermək,
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin
edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat
səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq
şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi niyyətləri özündə təsbit edən
Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və qəbul olundu. Bu sənəd hakimiyyətin bölünməsi
prinsipinə əsaslanaraq mülkiyyətin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərində olmasını elan etdi.
Konstitusiyada qeyd olundu ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait
yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Bütün bu müddəalar ölkəmizdə hüquqi bazaya əsaslanan demokratik islahatların keçirilməsinə imkan yaratdı. 44
Ölkə iqtisadiyyatının belə ağır vəziyyətdə olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti və rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlandı. Bu tədbirlər sırasına
iqtisadi islahatların və inkişafın formalaşmaqda olan Azərbaycan modelinin tərkib hissəsi kimi bir çox
irimiqyaslı sənədlərin qəbul edilməsini aid etmək olar. Bunlardan "Azərbaycan Respublikasında 1995-1998-ci
illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”, "Azərbaycanda kiçik və orta sahibkarlığa
Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, "Azərbaycan Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət Proqramı”, "Azərbaycan Respublikasında Kiçik və Orta Sahibkarlığın İnkişafının
Dövlət Proqramı (2002-2005-ci illər)”, "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının
Dövlət Proqramı (2002-2005-ci (illər)”, "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət
Proqramı (2002-2006)”, "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, "Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” və ölkənin bir çox
iqtisadi və sosial məsələlərinə dair digər proqramları, konsepsiyaları qeyd etmək olar. Göründüyü kimi, ölkə
iqtisadiyyatının, sosial məsələlərin bütün prioritet istiqamətləri üzrə konsepsiyalar, strategiya və proqramlar
qəbul edilmiş, onların icrası nəzarətə götürülmüşdü.
Azərbaycan Respublikasının iqtisadiyyatında özünəməxsus yer tutan və ölkədə sosial vəziyyətə böyük
təsir gücünə malik olan aqrar bölmədə də islahatların aparılması dövlət başçısından cəsarət və uzaqgörən siyasət
həyata keçirilməsini tələb edirdi.
SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikasında keçən əsrin 70-ci illərində aqrar sahədə yaradılmış
möhtəşəm maddi-texniki baza çox qısa zamanda, demək olar ki, məhv edilmiş, əvvəllər mövcud olan iqtisadi
əlaqələr qırılmış, aqrar-sənaye kompleksi özbaşına buraxılmışdı. Aqrar bölmənin belə ağır vəziyyətində
rəhbərliyə gəldikdən sonra Heydər Əliyev, ilk növbədə, bu sahənin hansı istiqamətdə inkişaf etdirilməsini
müəyyən etməyə başladı. Məlum oldu ki, ölkə iqtisadiyyatının mühüm sahəsi və əhalinin 50 faizini əhatə edən
aqrar bölməni keçmişdə olduğu kimi, inzibati-amirlik metodu ilə idarə etməklə inkişaf etdirmək qeyrimümkündür
və yeganə düzgün istiqamət aqrar sahədə köklü islahatlar aparılmaqla vəziyyəti tədricən düzəltmək
olar. 1996-cı il iyunun 24-də "Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatları haqqında
qanun layihəsinin müzakirəsinə həsr olunmuş” müşavirədə Heydər Əliyev demişdir: "Bir Prezident kimi mən
Azərbayсапın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu,
islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi,
özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa,
təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının gələcək inkişafında islahatların həlledici əhəmiyyət
daşıdığına böyük önəm verirdi. О bu inam və qənaətə hələ 1982-1987-ci illərdə Moskvada işlədiyi müddətdə
gəldiyini və islahatların həyata keçirilməsinin təşəbbüskarlarından biri olduğunu dəfələrlə bəyan etmiş və
Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra islahatlara tezliklə başlamaq üçün möhkəm qətiyyət və
cəsarət göstərmişdir. Bunun üçün ilk növbədə, kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqların
özəlləşdirilməsi, kolxoz və sovxozların ləğv edilərək onların əvəzinə yeni təşkilati hüquqi formalı təsərrüfatların
yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və digər islahat tədbirlərinin həyata keçirilməsi lazım idi. Aqrar
islahatların hazırlanması, həyata keçirilməsi və uğurla başa çatdırılması hər şeydən əvvəl islahatın ədalətli, kənd
sakinləri üçün ağrısız aparılmasını tələb etdiyindən ümummilli lider Heydər Əliyev bu məsələyə çox diqqətlə
yanaşmaqla onun mərhələlər üzrə həll olunması modeli üzərində dayandı.
Birinci mərhələdə (1993-1994-cü illər) aqrar islahatlar barədə ölkəmizdəki reallıqlar nəzərə alınmaqla
dünya təcrübəsinin öyrənilməsinə və ümumi bir fikrin formalaşmasına diqqət yönəldildi.
İkinci mərhələ (1995-1996-cı illər) aqrar islahatlara başlamaq üçün müvafiq normativ hüquqi bazanın
yaradılması ilə xarakterizə olunur. Bu dövrdə aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradan
qanunların və digər normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi əsas prinsip kimi müəyyən edildi.
"Aqrar islahatın əsasları haqqında”, "Sovxoz və kolxozların islahatı haqqında”, "Torpaq islahatı haqqında”
Azərbaycan Respublikasının qanunları və "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ
hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı və digər qanunvericilik
aktları təsdiq edilərək tətbiq edilməyə başlandı.
Aqrar islahatların üçüncü mərhələsi 1997-2000-ci illəri əhatə edir. Bu dövrdə ölkə ərazisində praktiki
olaraq müvafiq qanunvericilik bazasına əsaslanaraq kolxoz və sovxozların ləğv edilməsinə, onların əmlakının və
torpağının özəlləşdirilməsinə başlanmışdır. Kənd əhalisi islahat nəticəsində xüsusi mülkiyyətlərinə götürdükləri
torpaq və əmlakdan istifadə edərək müxtəlif növlü təsərrüfatlar yaradıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa
başladılar. Eyni zamanda, islahatın hüquqi bazasını möhkəmləndirmək, yeni yaradılan təsərrüfatçılıq 45
formalarının fəaliyyətini ölkənin iqtisadi və siyasi həyatında baş verən islahatlar və yeni idarəetmə institutlarının
fəaliyyəti ilə əlaqələndirmək üçün Torpaq, Su, Meşə məcəllələri, "Torpaq icarəsi haqqında”, "Torpaq bazarı
haqqında”, "Toxumçuluq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və
şərabçılıq haqqında” və aqrar-sənaye kompleksinin digər məsələlərini tənzimləyən 40-dan çox bir sıra qanunlar
və bu qanunların tətbiqini təmin edən çoxsaylı normativ hüquqi aktlar qəbul edildi. Bundan başqa, aqrar-sənaye
kompleksinin mühüm sahələri olan kənd təsərrüfatı, maşınqayırma və emal müəssisələrinin özəlləşdirilməsi və
onların bəzilərinin səhmdar cəmiyyətlərə çevrilməsi, bank-kredit və maliyyə sisteminin yenidən qurulması
prosesi başlandı.
Aqrar islahatların 2000-2002-ci illəri əhatə edən dördüncü mərhələsində torpaq və su üzərində
bələdiyyə mülkiyyətinin bərqərar olması istiqamətində mühüm əhəmiyyəti olan "Bələdiyyələrin əraziləri və
torpaqları haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında” və "Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında” qanunlar qəbul edilmiş, aqrar islahatların dərinləşməsi, torpaq və kredit bazarının formalaşması,
fermer təsərrüfatlarının səmərəli fəaliyyət göstərməsini təmin edən, kənddə orta və kiçik sahibkarlığın inkişafına
təkan verən bir neçə normativ hüquqi sənədlər imzalanmışdır. Aqrar bölmənin gələcək inkişafına əlverişli şərait
yaratmaq üçün iqtisadiyyatın bu sahəsinə investisiya qoyulması, vergi, kredit və sığorta siyasətinin
yeniləşdirilməsi və təkmilləşdirilməsi üçün konkret tədbirlər həyata keçirildi, kənd təsərrüfatı məhsulları
istehsalçıları torpaq vergisindən başqa bütün vergilərdən azad edildi.
Görülən tədbirlər nəticəsində bütün kolxoz və sovxozların əmlakı, ən qiymətli torpaqları kənd
sakinlərinə ədalətli qaydada paylandı. Torpaq islahatı nəticəsində Azərbaycan Respublikası ərazisinin 57 faizi
dövlətin mülkiyyətində (əsasən meşələr, otlaqlar, qoruqlar, dövlət toxumçuluq və damazlıq təsərrüfatlarının
torpaqları və s.) saxlandı, 23 faizi bələdiyyə mülkiyyətinə verildi, 20 faizi isə özəlləşdirildi.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, gərgin fəaliyyəti nəticəsində 1995-ci ildə sosialiqtisadi
tənəzzül, siyasi xaos dövrü dinamik makroiqtisadi inkişaf və siyasi sabitlik dövrü ilə əvəz olundu.
Ölkəmizin inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində uğurlar qazanılmağa başlandı. Ən
böyük uğur isə xalqın mentalitetinə, mənafeyinə, dünyanın və zamanın tələbinə uyğun, ədalətli siyasət həyata
keçirməklə davamlı inkişafa nail olmaqdır. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu
prosesində iqtisadi və siyasi islahatların paralel aparılmasına əsaslanan, MDB məkanında analoqu olmayan və
mahiyyət etibarilə yeni bir model – Azərbaycan modeli formalaşdı.
Bu gün biz böyük fəxrlə qeyd edirik ki, 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin səsini
qazanmaqla demokratik seçki yolu ilə hakimiyyətə gələn Prezident İlham Əliyev ümummilli lider Heydər
Əliyev irsinə sadiq qalaraq bu modeli təkmilləşdirir və ölkəmizin daha yüksək nailiyyətlər əldə etməsi üçün
iqtisadi və sosial inkişafın prinsipcə yeni mərhələsinin təməlini qoymuşdur. Hakimiyyətə gəldiyi ilk vaxtlardan
imzaladığı fərmanlar və sərəncamlar onu göstərir ki, cənab İlham Əliyev iqtisadiyyatın qloballaşması prosesində
aqrar bölmənin dövlət dəstəyi olmadan inkişafının mümkün olmadığını yəqin etmişdir. Dövlətçiliyin
möhkəmləndirilməsində məşğulluğun artırılmasını, yoxsulluğun ləğv edilməsi və ədalətli bölgü prinsiplərinin
mühüm əhəmiyyət kəsb etdiyini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu istiqamətdə bir sıra tədbirlər
görmüşdür. Prezidentin 2004-cü il fevralın 11-də imzaladığı Azərbaycan Respublikası regionlarının sosialiqtisadi
inkişafına dair Dövlət Proqramı (2004-2008-ci illər) buna əyani sübutdur.
Ölkə əhalisinin ərzaq təminatının yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, yoxsulluğun
azaldılmasında aqrar bölmənin geniş imkanlara malik olmasını nəzərə alaraq ölkə Prezidenti 2004-cü ilin
oktyabrında "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və "Aqrar bölmədə lizinqin
genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamlar imzalamışdır. Bu proqramda nəzərdə tutulan
tədbirlər bölgələrdə yalnız kənd təsərrüfatının deyil, həmçinin sosial-iqtisadi və aqrar-ərzaq siyasətinin əsas
istiqamətlərindən olan kənd ərazilərinin davamlı inkişafını da təmin etməyə yönəldilmişdir. Proqramda müxtəlif
rayonlarda müasir tələblərə cavab verən, ən mütərəqqi texnologiya və avadanlıqla təchiz edilən yeni sosial və
istehsal obyektlərinin tikilməsi, yeni yolların çəkilməsi, bölgələrin işıq, qaz və su təminatının yaxşılaşdırılması,
çoxsaylı təhsil, səhiyyə, rabitə, mədəniyyət, idman, istirahət və turizm obyektlərinin istifadəyə verilməsi və
digər infrastrukturun yaradılması nəzərdə tutulmuşdur. Ölkəmizdə aparılan islahatların nəticəsində aqrar-sənaye
kompleksinin və kənd yerlərinin daha sürətli, hərtərəfli inkişafı təmin edilmişdir. Nəzərdə tutulan müddət
ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı, ona əlavə edilmiş bir çox məsələlər tam
surətdə uğurla yerinə yetirilmiş və proqramın icrasına 6 milyard manatlıq investisiya yönəldilmişdir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi və siyasi islahatların sistemli həyata keçirilməsi Azərbaycan
Respublikasının son illər dünyanın heç bir ölkəsində müşahidə edilməmiş sosial-iqtisadi artım sürəti əldə edərək
lider ölkə olmasına imkan vermişdir. Belə ki, 2003-cü illə müqayisədə 2008-ci ildə dünya iqtisadiyyatı 25,4 faiz
artdığı halda, Azərbaycan iqtisadiyyatı (ÜDM-in artımı) 2,6 dəfə artmış, ÜDM-in adambaşına düşən nominal 46
həcmi 2003-cü ilə nisbətən 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Son 5 ildə ölkə iqtisadiyyatına 38 milyard
manatlıq investisiya qoyulmuşdur ki, bunun da 16 milyard manatı daxili investisiyalar olmuş və onun xüsusi
çəkisi 2003-cü ildəki 25 faizdən 2008-ci ildə 75 faizə çatmışdır. Son 5 il ərzində kənd təsərrüfatında məhsul
istehsalının nominal dəyəri 2,4 dəfə artmış, aqrar sahədə yaradılan əlavə dəyərin real artım səviyyəsi 25,1 faiz
olmuşdur. Ərazimizin 20 faizinin erməni işğalında olmasına baxmayaraq, keçən il ölkəmizdə kənd təsərrüfatı
məhsullarının istehsalının dəyəri 3301 milyon manat təşkil etməklə 1991-ci ilin səviyyəsini xeyli ötmüşdür.
Hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin payı 99,7 faiz təşkil edir. İqtisadiyyatın rabitə,
nəqliyyat, tikinti, ticarət, əhaliyə göstərilən pullu xidmət sahələrində də misli görünməmiş artım əldə edilmiş,
ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır.
Respublikamızın iqtisadiyyatında əldə edilən yüksək nailiyyətlər ölkə əhalisinin sosial durumuna öz
müsbət təsirini göstərmiş və bu sahədə böyük uğurlar qazanılmışdır. Son 5 ildə əhalinin sosial müdafiəsinə
diqqət xeyli artmış və bu məqsədilə 2008-ci ildə 2003-cü ilə nisbətən dövlət büdcəsindən 5,2 dəfə çox vəsait
xərclənmişdir. 2008-ci ildə minimum əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 75 manata çatmış, ehtiyac
meyarının həddi isə 2009-cu il yanvarın 1-dən 60 manat məbləğində təsdiq edilmişdir. 2003-cü ilə nisbətən
2008-ci ildə əhalinin gəlirləri 3,5 dəfə artmış və hazırda ölkədə orta aylıq əməkhaqqı 268 manata (335 dollara),
aylıq pensiyaların orta məbləği isə 96 manata (120 dollara) çatmışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli
çoxdur. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2 faiz təşkil edir və 2003-cü ildəki 49 faizlə
müqayisədə çox böyük nailiyyətdir. Son 5 ildə əldə edilmiş uğurlu nəticələrdən biri də məşğulluğun sürətli
artımıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası və həyata keçirilən digər tədbirlər
nəticəsində 2004-2008-ci illərdə 766 min yeni iş yeri açılmışdır ki, bunun da 548 mini daimidir.
Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin iqtisadi, о cümlədən aqrar islahatlara olan
inamı və uzaqgörən siyasəti öz təsdiqini tapır. Belə ki, ümummilli liderimiz hələ 1994-cü il dekabrın 23-də
aqrar bölmədə iqtisadi islahatlara həsr olunmuş müşavirədəki çıxışında demişdir: "İslahatlar ancaq və ancaq
aqrar bölmənin səmərəliliyini, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, torpaqdan daha səmərəli
istifadə etmək üçün olmalıdır. Bu islahatlar 70 il müddətində əldə olunmuş potensialı dağıtmaq üçün yox,
əksinə, ondan daha səmərəli istifadə etmək üçün aparılmalıdır”.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və əsasını
qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində Azərbaycan Respublikası dünya iqtisadiyyatında istehlakçı ölkədən istehsalçı ölkəyə çevrilmiş və
ölkəmizin bu gün bir çox ölkələrin üzləşdiyi enerji təhlükəsizliyi problemi yoxdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr
olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, dünya tarixində maliyyə və iqtisadi
böhran ili kimi qalacaq 2008-ci il də Azərbaycan üçün növbəti uğurlu il olmuşdur. Qeyd edilmişdir ki,
Azərbaycan bir neçə il bundan əvvəl elektrik enerjisi və qaz idxal edən ölkə olmaqla başqalarından asılı
vəziyyətdə idi, elektrik enerjisi və qazın alınmasına külli miqdarda dövlət vəsaiti xərclənirdi. Bu isə ölkə
iqtisadiyyatına çox böyük mənfi təsir göstərirdi. Lakin 2004-cü ildən başlayaraq 6 modul tipli elektrik
stansiyasının tikilib istismara verilməsi Azərbaycanı elektrik enerjisi ilə tam təmin etdi, hətta vaxtilə işıqsız,
qazsız qalan Naxçıvan indi Türkiyəyə 17 meqavat gücündə elektrik enerjisi ixrac edir. 2007-ci ilə kimi
respublikamız təbii qaza olan tələbatını xaricdən idxal edilən qazın hesabına ödəyirdi. Lakin 2007-ci ildən
həyata keçirilən əməli-praktik tədbirlər nəticəsində bütün imkanlar səfərbər edilərək tələbat yerli istehsal
hesabına ödənildi və 2007-ci ildən başlayaraq Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə
çevrilmişdir. Hazırda Azərbaycanda istehsal edilən təbii qaz Gürcüstanda, Türkiyədə, Yunanıstanda istehlak
olunur və ölkəmizdən qaz almaq istəyənlərin sayı və coğrafiyası genişlənir. Fərəhli haldır ki, Azərbaycandan
daha çox qaz istehsal və ixrac edən ölkələrdə qazlaşdırma 50-60 faiz səviyyəsində olduğu halda, ölkəmizdə
qazlaşdırma 85 faiz təşkil edir və bu proses davam edir.
Azərbaycan bu gün bütün dünya ölkələrini və bəşəriyyəti narahat edən iki əsas problemdən, yəni, enerji
və ərzaq təhlükəsizliyi problemlərindən birini tamamilə həll etmişdir. Bu, enerji təhlükəsizliyi məsələsidir və
hazırda ölkəmiz neft, elektrik enerjisi və qazla özünü tam təmin etməklə yanaşı, həmin ehtiyatları ixrac edərək
bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir və bu məsələdə dünya miqyasında öz
töhfəsini verir.
Ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində də respublikamızda konkret tədbirlər görülür və bu
məsələyə xüsusi diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti 2008-ci ilin avqust ayında
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı” və "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin
edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncamlar imzalanmışdır. Bu sərəncamların icrasını təmin etmək 47
məqsədilə 2008-ci ilin dövlət büdcəsindən 25 milyon manat vəsait ayrılmış, 2009-cu ilin büdcəsindən isə 60
milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə kartof, meyvə-
tərəvəz və bostan məhsullarına olan tələbat tam ödənilir və istehsal edilən məhsulların bir qismi ixrac olunur.
Respublikamızda ərzaq taxılına olan tələbat ödənilsə də, heyvandarlıq məhsullarına olan tələbatı tam ödəmək
üçün heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədilə taxıl idxalına ehtiyac var. Ona görə də taxıl və
heyvandarlıq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin etmək məqsədilə bir sıra tədbirlər həyata
keçirilməyə başlanmışdır. Bunlar əsasən aqrar sahədə çalışan sahibkarlara güzəştli kreditlərin verilməsi, kənd
təsərrüfatı məhsulları istehsalçılarına vergi və sığorta güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, gömrük
rüsumlarının ödənilməsində güzəştlər, aqrolizinq yolu ilə texnika, gübrə, toxum, damazlıq heyvanların alınıb
fermerlərə verilməsi və digər dövlət yardımları göstərilməsidir. Aqrar bölməyə dövlət qayğısının nəticəsidir ki,
2008-ci ildə 2007-ci ilə nisbətən taxıl istehsalı 494 min ton artmış və 2009-cu ilin məhsulu üçün keçən ilə
nisbətən 231 min hektar çox sahədə dən üçün taxıl səpini aparılmışdır ki, bu da taxıla olan tələbatın daha dolğun
ödənilməsinə yönəldilmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, biz tam şəkildə özümüzü bütün strateji məhsullarla təmin
etməliyik. Enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyini təmin
etmək məqsədilə böyük investisiyalar qoyulur, nəqliyyat sektorunun bütün istiqamətlərində çox ciddi nəticələr,
gözəl nailiyyətlər var. Belə ki, bu gün Azərbaycan neftini, qazını dünya bazarına çıxaran 7 kəmər mövcuddur və
onların hamısı işlək vəziyyətdədir.
Вах, budur müasir Azərbaycanda mövcud reallıq. Bütün bu uğurlar və əldə edilən nailiyyətlər isə hər
şeydən əvvəl, ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatların Heydər Əliyev – Azərbaycan modelinin
ölkə Prezidenti İlham Əliyev tərəfindən gündən-günə təkmilləşdirilərək milli mənafelərə və qloballaşan dünya
siyasətinə uyğun olaraq düzgün istiqamətdə aparılmasıdır. Heç də təsadüfi deyildir ki, dünyanın ən birinci və
qabaqcıl beynəlxalq maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir
nömrəli islahatçı ölkəsi kimi tanıyaraq bütün dünyaya bəyan etmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizdə
qazanılan uğurların təməlində respublikada həyata keçirilən düzgün siyasi xətt və baş verən müsbət proseslər
dayanır.
Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ölkədə hökm sürən siyasi sabitlik,
xalqla iqtidar arasında olan birlik, iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının
uğurla icra olunması, sosial məsələlərin həlli, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, çoxsaylı sosial
obyektlərin tikilməsi, infrastruktur layihələri – bu siyahını davam etdirmək mümkündür – bütün bu amillər birbiri
ilə bağlıdır. Budur uğurlarımızın əsas səbəbi və növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik”.
Ümummilli lider Heydər Əliyevin başladığı iqtisadi və siyasi islahatlar bu gün Prezident İlham Əliyev
tərəfindən çox uğurla davam etdirilir və ölkəmiz dünya iqtisadiyyatının inkişafına təkan verərək qloballaşan
dünyada özünə layiqli yer tutmaq üçün inamla irəliləyir.
Sabir Məhərrəmov
"Əsaslı Tikinti və Texniki Nəzarət" MMC-nin direktoru