Xalqının sağlamlığı keşiyində duran şəxsiyyət - Elxan Yaqubov

İndi ölkəmizdə doğma vətəninə, torpağına olan sevgisindən insanların səadəti və sağlamlığı naminə çalışan insanlar tapmaq asan məsələ deyil. Amma tanıdığım bir insan var ki, onun haqda nə qədər danışsaq da, az olar. Çünki o, əzəl gündən xalqının mədəni-mənəvi dünyasına rəngarəng, yaddaqalan naxışlar vura bilmiş şəxsiyyətdir.

Elxan Yaqubov - hər əməlində insanları sağlam yaşamağa, ağrı-acıdan uzaq olmağa çağrışlar edən tibb işçisidir. Onun ürəyindəki qurub-yaratmaq arzuları, insanlara sağlam həyat bəxş etmək həvəsi, həmişə olduğu kimi, indi də ən ümdə istəyi, vəzifəsidir.

Gəlin, bu işıqlı şəxsiyyəti bir az yaxından tanıyaq.

E.Yaqubov - 1968 ci il iyunun 16-da Göyçay rayonunun Qaraxıdır kəndində dünyaya göz açıb. Qaraxıdır kənd orta məktəbini bitirdikdən sonra 1993-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun iqtisadiyyat fakültəsini başa vurub. O, Azərbaycan İqtisadi inkişaf Nazirliyi İqtisadi araşdırmalar mərkəzi Elmi tədqiqat institunun disertantıdır.

İlk dəfə Almaniyanın "Heel” firmasının istehsalı olan preparatları Azərbaycana gətizdirən E.Yaqubov 1997-ci ildə "Planeta" əzcazçılıq şirkətini təsis edib. Lakin o, əhalini təkcə dərmanlarla deyil, düzgün müalicə üsulları ilə sağlamlığa qovuşdurmaq üçün durmadan çalışır.

Həmyerlimiz ABŞ, Yaponiya, Malaziya, Avstraliya, Sinqapur, Honkonq, BƏƏ, Braziliya kimi ölkələrdə Səhiyyə sisteminin və tibbi xidmətin effektiv idarə edilməsi həftəlik seminarlarının dinləyicisi olub. Mükəmməl tibbi biliklərə yiyələnən mütəxəssis vətənində də adıçəkilən ölkələrin müalicə üsullarını tətbiq etmək istəyib.

Elə buna görə, 2009-cu ildə yalnız bitki və heyvan mənşəli dərmanlardan cüzi istifadə etməklə sağalmaz xəstəliklərin tək müalicə mərkəzi olan "Biolji Təbabət” klinikasını yaradıb.

Yarandığından bəri "Bioloji Təbabət” Klinikası və onun rəhbəri Elxan Yaqubov bir çox nüfuzlu mükafatlara layiq görülüb. Belə ki, o, 2010-cu ildə London Kingston Universitetində təşkil olunan "Səhiyyə müəssisəsinin idarə edilməsi" kursunu keçib, rəhbəri olduğu klinika isə "Consulting & Business” jurnalının keçirdiyi rəy sorğusuna əsasən "İlin şirkəti" adına layiq görülüb.

Yaqubov, həmçinin, "Avrasiya” Araşdırma Rəy Mərkəzinin sorğusuna əsasən, "Qızıl kürə", "Uğur" mükafatlarını qazanıb.

Müsahibimlə görüş zamanı kabinetində olan saysız-hesabsız mükafatlar, diplomlar, tərifnamələr onun istəyinə nail olmasına bir daha işarədir. Lakin Elxan Yaqubov "Bioloji Təbabət” klinikasının bölgələr üzrə filiallarını açmaq istədiyini bildirdi. O, hər kəsin yalnız yüksək ixtisaslı həkimlərə müraciət etməsi üçün imkan yaradacağını vurğuladı:

"Filiallarımız hələ ki, Masallı, Sumqayıt və Göyçaydadır. Amma sayını artırmaq fikrimiz var. Mən bir vətəndaş kimi xalqımıza tibb sahəsində öz xidmətlərimi göstərmək istəyirəm. Ən birinci məqsədim budur ki, bioloji təbabəti Azərbaycanda inkişaf etdirim və xəstələrimiz müalicə almaq üçün xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etsinlər və şəfa tapsınlar. Biz əvvəllər uzunömürlü xalq olmuşuq. Məqsədimiz budur ki, xəstələri tam sağaltmaqla həmin uzunömürlülüyü bərpa edək. Bu sahədə inkişaf etməyimiz üçün əlimdən gələni edirəm və edəcəm də”.

Həmsöhbətim onu da qeyd etdi ki, məqsədlərindən biri də Azərbaycanda tibbi turizmin idxalını yüksək səviyyəyə çatdırmaqdır. Demək olar ki, o, buna nail olub. Çünki "Bioloji Təbabət” İran, Türkiyə, Orta Asiya və Şərqdə inkişaf etməmişdir. Dünya üzrə Mərkəzi Almaniya da olmaqla, "Bioloji Təbabət” (Biotənzimləyici müalicə) Azərbaycanda yüksək səviyyəyə çatmış, bütün xəstəliklərin müalicəsi üzrə xarici ölkələrdə təcrübə toplamış həkimlər yetişdirmişdi. E. Yaqubovun sözlərinə görə, klinikaya qonşu ölkələrlə yanaşı, uzaq ölkələrdən də müraciət edənlər olur.

Onu da qeyd edim ki, görkəmli şəxsiyyət səmimiyyəti, yüksək əxlaqi keyfiyyətləri, insanpərvərliyi gələcək nəsillərə nümunə olan, çətin sınaqlardan keçmiş böyük həyat məktəbidir.

Düşünürəm ki, respublikamızda minlərlə sənətlərinə hörmətlə yanaşan, öz işinin öhdəsindən layiqincə gələn insanlar var ki, onların hər biri ən çətin şəraitdə belə öz işlərini layiqincə yerinə yetirdiklərini sübut edirlər. Belə şəxsiyyətlərlə hər birimiz fəxr edir və qürur duyuruq.

N.C