Dəm qazi ilə zəhərlənmə zamani karbon oksidi hemoqlobindeki oksigeni çixardaraq karboksihemoqlobin əmələ gətirir.Nəticədə oksigenin toxumalara daşinmasi pozulur.Baş beyin toxumasinda oksigen mübadiləsi pozgunlugu ali sinir fəaliyyətinin pozulmasina səbəb olur.Karbon oksidinin agciyərlərdən tədricən xaric olunmasi ilə qan dövraninda oksigenin azalmasi asfiksiyanin inkişaf etməsinə gətirib çixarir.Nəticədə başagrisi,başgicəllənmə,döş sümüyü arxasinda küt agri,quru öskürək,gözlərin yaşarmasi,ürəkbulanma,qusma,dərinin qizarmasi ilə selikli qişalarin hiperemiyasi,yuxuculluq,qicolma,qeyri iradi sidik və nəcis ifrazi baş verir. Dəm qazi ilə zəhərlənmə zamani ilk növbədə xəstə təmiz havaya çixarilmalidir.Təcili reanimasiya tədbirlərindən sonra xəstənin vəziyyəti yaxşilaşsa belə bir müddet ciddi nəzarət altinda qalmalidir.Cünki sagalmadan bir neçə gün sonra bir sira agirlaşmalarla bərabər psixi pozgunluq əlamətləri də inkişaf edə bilər.Odur ki,dəm qazi ilə zəhərlənmələr zamani xəstələr bir aydan az olmamaq şərtilə xüsusi nəzarət altinda qalmalidirlar.
Həmidə Ələfsərova
"Yeni Həyat" Tibb Mərkəzinin həkimi
Əlaqə nömrəsi: 0124409901,0553082955