"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.
Sabahinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
22:00. “Ludoqorets” - “Qarabağ”
Baş hakim: Simon Sozza
"Ludoqorets Arena"
İlk oyun: 2:1
Qeyd edə ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.