Deputat Əli Kərimlini "TikTok"er adlandırdı

"Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcədə Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.- dir: “Azərbaycan hər zaman atdığı addımı beynəlxalq hüquq normalarına uyğun atır”.

"Azərbaycanda bir "TikTok" var, Əli Kərimli. Bir kompüteridir, bir də özü", - deyə S.Novruzov qeyd edib.