Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonu, Aşağı Surra kəndi, Sənətkarlıq Evində növbəti vətəndaş qəbulu keçirildi.
Qəbul zamanı vətəndaşlar müraciət və təkliflərini millət vəkilinin diqqətinə çatdırdılar. Səsləndirilən müraciətlər diqqətlə dinlənildi. Qaldırılan məsələlər üzrə qanunvericiliyin tələbləri və mövcud hüquqi mexanizmlər barədə vətəndaşlara ətraflı məlumat verildi.
Müraciətlərdə əksini tapan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin görüləcəyi bildirildi.