Millət vəkili Əliabbas Salahzadənin Milli Məclisin Yaz sessiyasının bugünkü ilk plenar iclasında çıxışı
"Milli Məclisin 2023-cü il yaz sesiyası dövründə qanunvericilik işləri planı ilə tanışlıq zamanı aydın oldu ki, sesiya çərçivəsində xeyli ciddi mühim əhəmiyyətli qanun layihələrinin qəbulu nəzərdə tutulmuşdur. Bununla belə bu güny dünyada baş verən giosiyasi proseslər postpandemiya dönəmində Rusiya Ukrayna müharibəsi yeni çağırışlar ortaya qoymağı labüd edir ki, mövcud çağırışlar kontekstində qanunvericilik sistemində təkmilləşdirmə işləri aparılsın. Təqdim edilən qanunvericilik işləri planında ötən sesiyada qəbulu yubanmış bir sıra qanunvericilik aktlarının müzakirəsi nəzərdə tutulur. Bu baxımdan bir neçə il əvvəl artıq Milli Məclisdə qəbulu tövsiyə edilən və eyni zamanda illər öncə Milli Məclisin qanunvericilik işləri planına daxil edilmiş Rəqabət Məcəlləsinin bu dəfəki sesiya çərçivəsində müzakirəsinin nəzərdə tutlması olduqca vacibdir".
Bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib. Onun sözlərinə görə, bu qanunun ölkəmizə dövlət və biznesin birgə koordinə edilmiş fəaliyyətinin qurulmasına, ölkədə inhisarçılığın aradan qaldırılmasına verə biləcəyi töhfələri nəzərə alsaq, onun qəbulu günün aktual məsələlərindən olmaqla, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvülük prosedurunun ayrılan zamanın qaldırılması baxımından da əhəmiyyətlidir: "Ümid edirəm ki, sesiya dövründə ölkəmizdə biznes mühitinə əhəmiyyətlilik və şəffaflıq artırılmasına töhvə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu qanun müzakirəsi və qəbulu prosesi uğurla başa çatacaqdır. Bu gün müzakirə etdiyimiz qanunvericilik işləri planında, sesiya çərçivəsində ali təhsil haqqında qanunun müzakirəsinin nəzərdə tutulması təqdirə layiq hal olsa da, hesab edirəm ki, bu qanun qəbulunda gecikirik və bu qanun prosedurunu sütətləndirməliyik. Çünki təhsil prosesi dinamik inkişaf edən və bütün pillələri bir-birinin üzərində qurularaq bütövləşən sistem olduğundan buradakı münasibətlərin sistemində boşluqların olması sistem xarakterli çətinliklərin çatışmazlıqların meydana çıxmasına səbəb olur ki, bunu da gündəlik həyatımızda görməkdəyik. Bu xüsusən, doktarantura təhsilinin pillələri ilə bağlıdır. Hesab edirəm ki, burada ciddi islahatlara ehtiyac vardır və qısa bir zaman kəsiyində bu məsələyə qanunvericilik səviyyəsində münasibət bildirməliyik. Çünki bu gün elmimizdə qocalma prosesi gedir. Bu da öz mənfi təsirini təhsilimizin, xüsusən də ali təhsilimizin təşkilində göstərir. Belə ki, bu gün ali təhsil müəssisələrimizdə tədris prosesinə cəlb olunmuş elmi dərəcəli kadrların demək olar ki, əksəriyyəti 50 yaşdan yuxarı olanlardır. Toxunmaq istədiyim digər məsələ qanunvericiliyimizin məcəllələşdirilməsi ilə bağlıdır. Belə ki, qanunvericilik sistemimizi təsdiqləndirən zaman bir çox qanunların ayrı- ayrılıqda səpələnmiş formada tətbiq edildiyini görürük. Təklif edirəm ki ölkəmizdə vahid Büdcə Məcəlləsi, Təhsil Məcəlləsi, Səhiyyə Məcəlləsi qəbul edilsin və parlamentimizdə qanunvericiliyin məcəllələşdirilməsi istiqamətində əməli fəaliyyətə başlansın".