"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev zədələnib.
Ağdam təmsilçisinin heyətində UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab oyununda zədələnən 25 yaşlı müdafiəçi tibbi müayinədən keçib. Aparamış muayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.
Klubun tibbi heyətinin nəzarəti altında müalicə və reabilitasiya prosesinə başlayan Elvin Cəfərquliyevin təxminən iki həftə meydanlardan kənar qalacağı gözlənilir.