"Bulvarda özünü öldürən şəxsin kimliyi bilindi


Mayın 1-də Bakı bulvarında intihar edən şəxsin kimliyi müəyyən edilib.

Sabahinfo.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrrının arxasında özünü dənizə ataraq intihar edən şəxsin Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Qafarov olması müəyyən edilib.

Bildirilir ki, R.Qafarovun psixi problemləri olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.