İyunun 3-də Ermənistanın Lori vilayətində intihara cəhd qeydə alınıb.
Azvision.az"Pastinfo”-ya istinadən xəbər verir ki, 22 yaşlı gənc "Facebook” sosial şəbəkəsində canlı yayımda intihara cəhd edib.
Öz evinə bitişik mal-qara anbarında özünü asmaqla intihara cəhd edən gənc, eyni zamanda "Facebook” canlı yayımında öz niyyətini elan edib. Gəncin yaxınlarının polisə müraciət etməsi nəticəsində intihar cəhd baş tutmayıb.