ANAMA: “Bu ilin may ayında mina/PHS hadisəsi qeydə alınmayıb”

2016-cı ilin may ayı ərzində 35, 946, 504 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.. 1,284 ədəd PHS və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Gün.Az-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir. 

İndiyədək cəmi 363, 802, 384 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 719,317-dir.

May ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax, Goranboy, Mingəçevir, Samux, Tərtər, Ucar, Bakı, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib. 

2016-cı ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.