Bakı Ağır Cinayətlər Məhkəməsində məhbusların müvəqqəti saxlanma yerində monitorinq keçirmişdir

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev bu gün saat 1030 - 1100  radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin məhbusların müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Komitənin mətbuat katibinin Moderator.az-a verdiyi xəbərə görə, məhbusların müvəqqəti saxlanılma yerində su daimi olur, havalandırma sistemi normaldır, təmizliyə ciddi riayət olunur.

Monitorinq  zamanı bir neçə təqsirləndirilən şəxslərlə-yeniyetmələrdən: Heydərov Emin Əli oğlu və Rzayev Eyvaz Rəfael oğlu ilə, orta yaşlılardan-Məmmədov Mehman İbrahim oğlu, Şahbazov Elxan Lətif oğlu, Verdiyev Zakir Əjdər oğlu və digərləri ilə görüşüb söhbətlər aparıblar.

Təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin məhbusların müvəqqəti saxlanılma yeri ilə bağlı heç bir irad və şikayətlərinin olmadıqlarını bildiriblər.