37 il əvvəl Kuba və Mərakeş arasında pozulan diplomatik münasibətlər yenidən bərpa olunub.
Diplomatik münasibətlərin bərpasına dair sazişin imzalanma mərasimi Nyu-Yorkda baş tutub. Sənədə iki ölkənin BMT-dəki nümayəndələri imza atıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibət 1980-cu ildə, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanıyandan sonra pozulmuşdu.