Hakimliyə qəbul üçün test imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə qəbul üçün test imtahanı keçiriləcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hakimliyə namizədlərlə test imtahanı iyunun 9-da vahid auditoriyada – Bakı Kristal Zalının mətbuat mərkəzində keçiriləcək.

 

Hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni Hakimlərin Seçki Komitəsindən (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etməlidirlər. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

 

Bildirək ki, 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.