Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar

Adolf Hitlerə (1889-1945) məxsus telefon aparatı bazar günü ABŞ-ın Çesapik-Siti şəhərində keçirilən hərracda 240 min dollara satılıb.

Sabahinfo.AzTrend-ə istinadən xəbər verir ki, bu barədə KİV-ə "Alexander Historical Auctions" hərrac evinin nümayəndəsiAndreas Kornfildməlumat verib.

Aparatı alan şəxsin adını isə nümayəndə KİV-ə açıqlamayıb.

Telefonu hərraca satışa 1977-ci ildə vəfat etmiş Britaniya siyasətçisi və hərbçisiRalf Reynerin nəvələri çıxarıb.