Novxanı çimərliyində 24 yaşlı gənc batıb

Abşeron rayon sakini Novxanı qəsəbəsində dənizdə batıb.

sabahinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1992-ci il təvəllüdlü Qocayev Kamran Şahin oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 18:40-da başa çatıb.