Portuqaliya prezidenti Kavaku Silva bu gün "AVRO-2016”da yarışacaq ölkə millisinin üzvləri ilə görüşüb. sabahinfo.az-ın məlumatına görə, dövlət başçısı futbolçulara dəstəyini ifadə edib və onlara inandığını deyib.
Görüşdə Portuqaliya millisinin lideri Kriştiano Ronaldo olmaqla komandanın bütün üzvləri iştirak ediblər. F qrupunda qərarlaşan Portuqaliya millisi Avstriya, İslandiya və Macarıstanla mübarizə aparacaq. Yığmanın baş məşqçisi Fernando Santuş qarşıdakı turnirə aparacağı 23 futbolçunu müəyyənləşdirib.
Portuqaliya millisinin "Avro-2016"nın final mərhələsi üçün yekun heyəti belədir:
Qapıçılar: Rui Patrisio ("Sportinq"), Antoni Lopeş ("Lion", Fransa), Eduardu("Dinamo", Xorvatiya)
Müdafiəçilər: Sedrik ("Sauthempton", İngiltərə), Pepe ("Real", Madrid, İspaniya), Bruno Alveş ("Fənərbaxça", Türkiyə), Joze Fonte ("Sauthempton", İngiltərə), Elizeu ("Benfika"), Rafael Herreyru ("Loryan", Fransa), Rikardu Karvalyo ("Monako", Fransa)
Yarımmüdafiəçilər: Vieyrinya ("Volfsburq", Almaniya), Villiam Karvalyu ("Sportinq"), Danilu Pereyra ("Portu"), Joau Mariu ("Sportinq"), Andre Qomeş ("Valensiya", İspaniya), Andrien Silva ("Sportinq"), Renatu Sanşeş ("Benfika"), Joau Moutinyo ("Monako", Fransa)
Hücumçular: Kriştiano Ronaldo ("Real", Madrid), Rikardo Quarejma("Beşiktaş", Türkiyə), Eder ("Lill", Fransa), Luiş Nani ("Fənərbaxça", Türkiyə), Rafael Silva ("Braqa")