Xəstəliyə görə oruc tuta bilməyən insanlar, şəriət kitablarında qeyd olunan miqdarda ehtiyacı olan insanlara yardım göstərə bilər.
sabahinfo.az xəbər verir ki, bunu inter.az-a açıqlamasında ilahiyatçı Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, bu, üzürlü səbəbdən orucu pozan insanlara aiddir.
"Oruc tuta bilməyən insan orucluğun hər günü əvəzinə fəqirlərə ehtiyacı olan insanlara yardım göstərməklə, ehtiyaclı insanlara yardım göstərməklə orucun savabına nail ola bilər", - Hacı Şahin deyib.