Qoyunlar şəhərə hücum çəkdi

Mindən çox qoyun İspaniyanın Ueska şəhərinə hücum edib. sabahinfo.az-ın məlumatına görə, bu barədə xilasetmə xidmətinə yerli sakinlərdən biri xəbər verib. Şəhər sakini bildirib ki, qoyunlar bütün şəhəri tutublar.

Nəhayət, polis çətinliklə də olsa bütün qoyunları şəhərdən çıxararaq çobana təhvil verməyə müyəssər olub. Qoyunların şəhərdən çıxarılması 3 saat çəkib.

Məlum olub ki, qoyunlar Pireney dağlarındakı otlaqlardan çoban yuxuda olan zaman qaçıblar.

[[MEDIA_0]]

Ötən ay Birləşmiş Krallığa daxil olan Uelsdə qoyun sürüsü narkotik tərkibli ot yeyib. Hind marixuanası kimi tanınan otu yeyən heyvanlar özlərindən çıxıblar.

Qəribə hadisə Uelsin Ridipandi kəndində olub. Qoyunların aqressiv davranışları kənd sakinlərini də qorxuya salıb. Ərazi vahidliyinin rəsmisi narkotik maddə yeyən qoyun sürüsünün kəndə ziyan vurduğunu deyib. "Qoyunlar küçələrdə dəli kimi qaçır, bağçalara girirdilər.  Hətta onlardan biri evə də girərək ətrafdakı hər şeyi dağıdıb”.

Sakinlərin sözlərinə görə, kəndin yaxınlığında qanunsuz fabrik fəaliyyət göstərir. Heyvanlar da məhz həmin fabrikdə istehsal edilən otların qalıqlarını yeyiblər.

Qorxuya düşən kənd sakinləri fabrikin bağlanması üçün artıq polisə də müraciət ediblər.