"Dekabrda qərar qəbul etdik”.
Qənaət üçün dekabrda qərar qəbul etdik ki, SOCAR-ın bütün nümayəndəliklərinin işi dondurulsun.
sabahinfo.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentiRövnəq Abdullayev deyib.
R.Abdullayevin sözlərinə görə, xaricdəki nümayəndəliklərin funksiyaları digər şirkətlərə verilib:
"Nümayəndəliklərin nümayəndəlik funksiyalarını Bakıya və yaxında olan 100%-lik şirkətlərimizə verilib. Bütün şirkətlər kimi biz də maliyyə məsələləri ilə bağlı bu addımı atdıq”.