Gündüz saatlarında Abşeron rayonunda yanğın faktı qeydə alınıb.
Sabahinfo.az Trend-ə istinadən bildirir ki, rayonun Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.