Tərtərdə qardaş bacısının boğazını kəsib

Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.

 

APA-nın məlumatına görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

İlkin məlumata görə, hadisəni C. Alızadənin qarşı qısqanclıq zəminində törədib.

 

Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.