Xudatda uşaq bağçasında yanğın baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, yanğın nəticəsində uşaq bağçasının dam örtüyü 360 kv.m sahədə yanıb.
Yanğının söndürülməsinə üçün Fövqaladə Hallar Nazirliyininin Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat və Xaçmaz rayonu şöbələrindən 4 yanğınsöndürən briqada cəlb edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində zərərçəkən olmayıb