Sabahinfo.az–ın məlumatına görə, təmir və abadlıq işləri
ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor
qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi
nəqliyyatın hərəkəti üçün tam bağlanıb.
Prospektin
bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və
abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi
yollarından istifadə edə bilərlər.