Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Sabahinfo.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhid hərbçi Tərlan Məmmədovun nəşinin qalıqları Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hərbi orkestr Dövlət himnini səsləndirib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O, Füzuli rayonunun Aşağı Abulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.