Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib.
Sabahinfo.az bu barədə Report-a istinadən xəbər verir.
Qeyd edək ki, martın 5-də Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün əraziyə yollanıb
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.