YAP-ın VIII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışından irəli gələn məsələlərlə bağlı Şabran rayonunda konfrans keçirilib.
6 oktyabr 2026-cı il tarixində YAP Şabran rayon təşkilatının təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatı Mahir Süleymanlı da iştirak edib.
Deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, konfransda YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər müzakirə olunub.