Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunun Sitalçay qəsəbəsində növbəti vətəndaş qəbulu və görüş keçirib.
Görüşdə Sitalçay qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi və Statistika İdarəsinin əməkdaşları da iştirak ediblər. Qəbul zamanı vətəndaşların müxtəlif mövzular üzrə müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səsləndirilən müraciətlər aidiyyəti üzrə nəzarətə götürülüb, qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün lazımi tapşırıqlar verilib.
Deputat Müşfiq Məmmədli bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyət onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. O, seçicilərlə mütəmadi görüşlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.