Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində BƏƏ-li həmkarım Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşdük.
Görüş zamanı BƏƏ və Azərbaycan ədliyyə nazirlikləri arasında əlaqələrin intensivləşdiyini, xüsusilə ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın səmərəli nəticələr verdiyini vurğuladıq.
Görüşdə ədliyyə sahəsində yeni əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi apardıq.