Qurtuluş Günü - müasir Azərbaycanın döv­lətçilik işığı

İmperiya 1920-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasını ilhaq etmişdi, azad­lıq, müstəqillik mübarizəsini ilhaq etməyə qüdrəti çatmamışdı. 1920-ci ildən başlayan bu mü­ba­rizənin növbəti mərhələsi impe­ri­yanın sərt qadağalarını da üstələdi, təhdidlərini də. Ermənis­ta­nın ərazi iddiası xalqın azadlıq, müs­təqillik mübarizəsini daha da genişləndirdi, açıq müstəviyə ke­çirdi. Ermənistan Dağlıq Qara­bağın Azərbaycanın tərkibindən çıxarılması məsələsini Mosk­vanın hakimiyyət nüfuzu ilə həll et­mə­yə cəhd göstərmişdi. Azərbaycan xalqı bu cəhdi mübarizəsi­nin tam ciddiyəti ilə çiliklədi...
Xalqımızın azadlıq, müstəqillik mübarizəsini imperiyanın 20 yanvar qəddarlığı da dayan­dı­ra bilmədi. Xalqın birliyi, mübarizə əzmi İmperiyanın hakimiyyətini sona çatdırdı, Azərbaycanın döv­lət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Dünyanın əksər dövlətləri Azərbay­ca­nın dövlət müstəqilliyini tanıdı...
Səriştəsizlik, hakimiyyət boşluğu, müxtəlif bölgələrdə mahiyyəti baxımından separatçılıq, parçalama meyilləri, ambisiyalar dövlət daxilində vətəndaş qarşıdurması yaratmaqdaydı. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdidlər yaranıırdı, miqyaslı böhran duyulurdu, dövlət əmlakı, ehtiyat mənzil fondu dağıdılırdı. Azərbaycan dövlət­çi­li­yini itirmək təh­lü­kəsi ilə üzləşmişdi...
Xalq böyük təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Həmişə Azər­baycan xalqının səsini ürəyiylə eşidən böyük tarixi şəxsiyyət xalqın çağırışına cavab olaraq Bakıya qayıtdı. 1994-cü il iyun ayının 9-da. 9 iyun Azərbaycanın dövlət müstəqilliyinin labüd iflasdan qur­tuluşunun balanğıcı oldu. Dövləti bu vəziyyətdən Dahi tarixi şəxsiyyət Heydər Əliyevin döv­lətçilik dühası qurtardı...
Böyük tarixi şəxsiyyət o dövrü xatırlayaraq belə demişdi : “Azərbaycan böyük təhlükə qarşı­sın­da idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan öl­kə­nin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbay­cana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tə­rəf­dən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Bu kəlamlar Azərbaycan tarixinin bir dövrünün siyasi gerçəkliklərini ifadə edir. 
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri se­çildi. 1993- cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin sə­la­hiy­yət­ləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məc­lis 15 iyun gününü bayram günü elan etdi. “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məc­li­sin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bü­tün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu və­zifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Res­pub­likasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlim­dən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respub­likasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yal­nız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Azərbaycan siyasi burulğandan xilas olsa da ölkədə iqtisadi çətinliklər, ordu quruculuğunda ləngimələr, problemlər mövcud idi, dünya dövlətləri ilə siyasi münasibətlər tam nizamlanmamışdı. Böyük tarixi şəxsiyyət bütün yerli özünümüdafiə batalyonlarının buraxılması haqqında sərəncam verdi. Bu sərəncam orduda vahid komandanlığın yaradılmasının, ordunun nizami ordu kimi for­ma­laşmasının başlanğıcı oldu. Ordunun yüksək rütbəli, yüksək hazırlıqlı zabit kadrları ilə komp­lekt­ləş­dirilməsi məqsədi ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı. Heydər Əliyev Azərbaycan Respub­li­ka­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi səngərlərdə əsgər və zabitlərlə söh­­bətlər etdi, xidmətdə fərqlənənləri səngərdə təltif etdi. Bunlar şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə qanunsuz silahlı qrup­­laşmaların dövlət çevrilişinə cəhdlərinə birdəfəlik son qoyuldu, böyük neft müqavilələri imza­lan­dı, dünya dövlətləri ilə beynəlxalq əlaqələr formalaşdı, ilk parlament seçkiləri keçirildi, refe­ren­dum yolu ilə Konstitusiya qəbul edildi, respublikada asayiş, qayda-qanun möhkəmləndirildi, müharibədə atəşkəs əldə edildi ki, bu da ordunun formalaşması üçün zəmin yaratdı. Bütün bunlar 15 iyunun mahiyyəti ilə həyata keçi­ril­mişdi. 
Ali Baş Komandanın sərkərdəliyi ilə həyata keçirilən Horadiz əməliyyatı qələbə ilə başa çatdı. Bu qələbənin hərbi dəyəri (1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən Horadiz əməliyyatında 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Ho­radiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi) ilə bir sırada Ordumuzun şəxsi heyətinin döyüş əzmi də yüksəldi, qələbə ruhu da...
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin xarici siyasətinin başlıca istiqamətləri Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibənin sonladırılıması, torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz ocaqlarına qayıtması kimi tale yüklü məsələləri əha­tələ­yir­­di. Ulu Öndərin arzularını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçək­ləş­dirdi. “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
15 iyun Azərbaycanın dövlətçilik tarixinin qurtuluşunun günüdür. Qurtuluş günü hər bir azər­­baycanlının dövlətə, dövlətçiliyə sədaqətinin günüdür. Qurtuluş Günü müasir Azərbaycanın döv­lətçilik işığıdır...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı