Sabahinfo.az–ın məlumatına görə,
bu sözləri göbələyin bu növünün toplanması işi ilə məşğul olan Əliheydər
Yusifov bildirib.
Onun sözlərinə görə, göbələyin bu növünün yığılması da çətindir:
"Onun yığılması olduqca çətindir. Bir gün ərzində meşədən
maksimum 4-5 kiloqram toplamaq olar. Amma deyilənə görə, əvvəllər meşələrdə
quzuqarnı bol olurmuş”.
"Quzuqarnı toplayarkən balıq tutmaq qədər həzz alıram. Bəlkə də
daha çox. Bu bitki sanki onu görməsinlər deyə gizlənir. Rəngi də yarpaqlardan
seçilmir. Amma biz hər il quzuqarnı yığdığımızdan onun yerini bilirik. Meşədə
əsasən qovaq ağaclarının altında bitir. Mart ayının əvvəllərində yağışlar çox
yağarsa, quzuqarnı da bol olar”, - deyə Ə.Yusifov vurğulayır.
Məlumat üçün bildirək ki, 20-25 gün ömrü olan quzuqarnını
istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş
halda satışı da yoxdur.
Qeyd edək ki, el arasında quzuqarnı adlanan göbələk növünü
Xaçmaz və Şabran rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən
başlayaraq toplamaq olar. Quzuqarnı mövsümü aprelin ortalarınadək davam edir./azertac/