Nəzərinizə çatdırmaq istəyirəm ki, ATV-nin qadınların pensiya yaşı ilə bağlı mənimlə verdikləri süjet 100 faiz kontekstdən çıxarılıb. 100%. Heç olmasa 95% edərdiniz, lap 99% edərdiniz. 100% etmək ağını çıxarmaqdır.
Bu boyda kanal Milli Məclisin deputatının fikirlərini yüz faiz saxtalaşdırıb verib. Çox təəssüf edirəm. Məndən müsahibə xahiş edən və götürən əməkdaşlardan biri ilə danışdım. Üzrxahlıq etdi, mən onu qəbul etmədim. Müsahibənin orijinal variantını da istədim.
Mən mətbuata açıq deputatam və çalışaram ki, zəng edən jurnalistlərin hamısına cavab verim. Bilirəm ki, bir çox vəzifəli şəxslər, deputatlar mətbuatdan qaçır və onlara haqq qazandırıram.
Mətbuata açıq bir neçə deputat, vəzifəli şəxs qalıb. Onlar da tezliklə danışmaqdan imtina edəcəklər.
Onsuz da pusquda dayanıb ölkəmizə nifrət yağdırmağa növbə tutan minlərlə şəxslər var. Onların dəyirmanına su tökmək kimə lazımdır?
Hansı addımı atacağıma qərar verə bilməmişəm hələ ki. Hazırda qərar verdiyim bu sözdür:
Təəssüf edirəm ATV, çox təəssüf edirəm!
Razi Nurullayev
Milli Məclisin deputatı