31 oktyabr tarixində Milli Məclisin deputatı Rəşad Mahmudov Astara rayonunda növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı vətəndaşların sosial-məişət şəraiti, sağlamlıq problemləri, hüquqi məsələlər və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, əlavə araşdırma və müdaxilə tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində tədbirlər görülməsi üçün aidiyyəti qurumlara yönləndirilib.
Vətəndaşların müraciətlərinin diqqətdə saxlanılması və qaldırılan problemlərin həlli istiqamətində işlər davam etdirilib.