44 günlük vətən müharibəsinin hər günü tariximizə qızıl hərflərlə yazılıb. Çünki bir ordunun istisnasız hər gün irəliləməsi, yeni torpaqları işğaldan azad etməsi, bir dəfə də olsun, hətta taktiki xarakterli olsa belə geri çəkilməməsi dünya hərb tarixində unikal hadisədir. Cəbrayıl rayonunu işğaldan azad edilməsinin isə bu şanlı tarixdə özünəməxsus yeri var.Cəbrayılı xüsusi edən məqamlardan biri də “Böyük Qayıdışın” məhz bu rayonunu Cocuq Mərcanlı kəndindən başlamasıdır. 2016 cı ilin aprel döyüşlərindən sonra Lələ Təpə yüksəkliyini əldə edilməsi həm “Böyük Qayıdışın” başlanması, həm də böyük qələbənin müjdəsi idi.
Vətən müharibəsi zamanı Cəbrayıl rayonun azad olunması uğrunda gedən döyüşlər də bir qəhrəmanlıq salnaməsidir. Sentyabrın 27-də, hərbi əməliyyatların başlanmasından cəmi bir həftə sonra, Ali Baş Komandanın Cəbrayıl şəhərinin işğaldan azad edildiyini açıqlaması tarixi hadisə idi. Dövlət başçısının həmin çıxışı xalqımızın ruh yüksəkliyini, qələbəyə inamını daha da artırd. Cəbrayıl rayonu ərazisindəki tarixi Xudafərin körpüsünün azad edilməsinin də Vətən müharibəsində özünəməxsus yeri var. Azərbaycan nəyinki sahib olduğu torpaqları həm də öz tarixini geri qaytarmışdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərində Azərbaycan bayrağını ucaltması isə böyük siyasi əhəmiyyəti vardı.
Cəbrayılın işğaldan azad edilməsi digər işğal altında olan ərazilərin azad edilməsini də sürətləndirdi. Belə ki, bunun ardınca uğurlu əməliyyatlarla Xocavəndin bir sıra kəndləri, Hadrut qəsəbəsi azad edildi. Daha sonra Zəngilandan,ra Qubadlı və Laçın rayonunun cənub hissəsində işğalçılaer çıxarıldı və Laçın dəhlizi nəzarətə götürüldü.
Cəbrayıl rayonu strateji olduğu qədər iqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Belə ki, rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları, dəmir filizi ilə zəngindir. Düşmən, 30 illik işğal dövründə bu təbii sərvətlər istismar etməklə yanaşı ekoloji terror da törətmişdir. Şübhəsiz ki, bütün bunlar ətraflı təhlil edilir, dəymiş zərər qiymətləndirilir və Ermənistan buna görə cavab verməli olacaq.
Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş digər bölgələr kimi Cəbrayıl rayonu ilə də bağlı geniş bərpa quruculuq proqramı qəbul olunub. Azərbaycan dövləti Cəbrayıl rayonunu potensialının reallaşdırılması üçün müxtəlif layihələr üzərində işləyir və onların bir qismi artıq icra olunmaqdadır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması buna nümunədir. Rayonun iqtisadi potensialının reallaşması üçün yol infrastrukturu və enerji təminatı müstəsna rola malikdir. Hazırda inşası davam edən 4-6 zolaqlı yol bu baxımdan çox vacibdir. Qeyd etmək lazımdır ki, Cəbrayıl” yarımstansiyanın açılışı edilib, SOCAR və BP rayon ərazisində unda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşası üzərində işləyir. Bundan əlavə BP şirkəti tərəfindən Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın inşası üzrə də danışıqlar davam edir.
Bütün bunlar, Cəbrayılın sürətlə bərpasına və inkişafına əminlik yaradır. Xüsusi ilə də nəzərə almaq lazımdır ki, görülən işlər şəxsən Prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısının torpaqlar azad olunmasından sonra bu rayona 4 dəfə səfər etməsi və hər bir səfərin müxtəlif açılış və təməlqoyma mərasimləri ilə müşahidə olunması bu əminliyi daha da artırır.
Aydın Hüseynov
Milli Məclisin deputatı