"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan əleyhinə hibrid təhdidlərə qarşı əhalinin ayıqlığının artırılması" layihəsi çərçivəsində internet televiziyasında növbəti verilişini təqdim edir.
“PrimeTV Azərbaycan” internet televiziyasında yayımlanan verilişin aparıcısı, jurnalist Rusif Məmmədsoyun qonağı ilahiyyatçı Tural İrfandır.
Tural İrfan çıxışında Azərbaycan əleyhinə, xüsusilə də dini müstəvidə həyata keçirilən hibrid təhdidləri müxtəlif aspektlərinə aydınlıq gətirib, eyni zamanda təhdidlərin məqsədi, nəticələri və bu prosesdə maraqlı olan qüvvələr haqda geniş məlumat verib.
Verilişdə səsləndirilən fikirlərlə daha ətraflı aşağıdakı LİNKDƏN tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=u25BTHBRBmI&t=227s