Xarici siyasətin əsas prioritetlərindən biri....

Məlum olduğu kimi, fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə” adlı sənəd imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşmüşdür.
Ötən onilliklər ərzində Rusiya – Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Ölkələrimiz arasında uzun illər boyu 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Dövlət başçımız yeni bəyannamə haqqında qeyd etdiyi kimi: “Bu, müqavilədən yüksəkdir, ona görə ki, müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir”.
Əlbəttə, bu müttəfiqliyin əsl keyfiyyət və məzmunu getdikcə daha aydın şəkildə ortaya çıxacaq. Təbii ki, bu müttəfiqliyin həm beynəlxalq, həm də geopolitik təsirlərinin faydası özünü büruzə verəcək.
Bu sənədin imzalanması Ermənistana ağır zərbədir. Azərbaycan bu sənədi imzalamaqla geopolitik mövqeyini daha da möhkəmləndirdi. Nəzərə alsaq ki, Cənubi Qafqaz regionunda “erməni faktoru”nun zərərsizləşdirilməsində Qərbdən çox Rusiya yaxından iştirak etdi. Belə olduğu təqdirdə, rəsmi Bakının Azərbaycana qarşı “erməni faktoru”ndan istifadə edən Qərbə alternativ olaraq, Rusiya ilə müttəfiqliyi üstün tutması tamamilə məntiqlidir. Biz Vətən müharibəsi zamanı da bunun şahidi olduq.
Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Azərbaycan Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusundadır. Ölkə başçısı cənab İlham Əliyev Rusiyanın aparıcı informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rolun Rusiyaya məxsus olduğunu xatırladaraq qeyd etdi ki: “Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si – 6-cı və 16-cı bəndlər zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz”.
Təbii ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri regional səviyyədə sülh və sabitliyin bərqərar olması, əməkdaşlıq layihələrinin və iri nəqliyyat layihələrinin həyata keçirilməsi kimi strateji məqsədlərə nail olmaqdır. Həmçinin Azərbaycan xalqının mənafeyinin daha rasional müdafiəsi məqsədilə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici investisiyaların cəlb edilməsi bu müasir qlobal dünyada müstəsna əhəmiyyət kəsb edir. Beləliklə, demokratik inkişaf yolunu seçmiş Azərbaycan qonşu və digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda müxtəlif sahələrdə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq və inkişaf etdirmək kimi

Rəşad Sadıqov
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoruümumi məqsədi tam şəkildə həyata keçirir.