YAP İdarə Heyətinin iclası bitib - Bütün seçki dairələrindən namizədlər irəli sürülüb - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib.

İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlər müəyyənləşib.

Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.

 

***

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası başlayıb.

Sabahinfo.az xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.