"Cənab Prezidentimizin bu addımı cəmiyyətimiz üçün daha effektli olacaq"

Elçin Quliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik. 

-Elçin müəllim koronavirusun ikinci dalğası başlayıb. Bu virusla mübarizədə hökumət öz öhdəsinə düşən vəzifələri yerinə yetirir. Nəticə yaxşıdır. Ancaq arxayın olmaq olmaz. Sizcə virusdan qorunmaq üçün daha nə kimi addımlar atılmalıdır?

-Dünyada yaranmış pandemiya ilə bağlı bir çox addımlar atılıb. Azərbaycan dövləti, cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən atılan qabaylayıcı addımlar, demək olar ki, ölkədə virusun genişmiqyaslı, kütləvi yayılmasının qarşısını almışdır. Qısa müddət ərzində dezinfeksiya matreallarının hazırlanması üçün zavodların, qoruyucu məhsullar istehsal edən fabrikin yaradılması bunu deməyə əsas verir ki, ölkədə ikinci dalğanın qarşısını almaq üçün lazımı tədbirlər həyata keçirilib. Təssəvvür edin iki ay ərzində bayaq qeyd etdiyim kimi maska istehsal edən fabrik, spirt və digər dezinfeksiya məhsulları istehsal edən zavod, xüsusi qoruyucu geyim istehsal edən fabrik, 6 modul tipli xəstəxanalar inşa edilib. Dövlət tərəfindən virusa qarşı mübarizə tədbirlərinə kifayət qədər pul vəsairləri ayrılıb. Tibbi avadanlıqlar alınıb. Hər gün televiziya və radioda bununla bağlı təbliğat aparılır. Sadəcə qalan məsuliyyət vətəndaşlarımızın üzərinə düşür. İkinci dalğanın qarşısnın alınması üçün məsafə saxlamaq, gigiyenik qaydalara riayət etmək, yumşalıdıcı tədbirilərin icrasına məsuliyyətlə yanaşmaq lazımdır. İnsanlarımız bu qaydalara əməl etsə, Sizi inandırım ki, biz qısa zaman ərzində bu virusa qalib gələcəyik. Bütün bunlarla yanaşı digər dövlətlərədə humanitar yardımlarda olunub.

-Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar keçirilir. Korrupsioner və rüşvətxorlar ifşa olunur. Rüşvət və korrupsiyanı gündəlikdən çıxarmaq üçün zəruri addımlar hansılardır?

-Rüşvətxorluq və korrupsiya hər zaman günün ən aktual mövzusu olub. So günlər bir neçə rayon icra hakimiyyətlərində, mərkəzi icra hakimiyyəti orqanlarında aparılan əməliyyatlar bunu deməyə əsas verir ki, hələdə cəmiyyətimizdə belə insanlar var. Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara səslənərək qeyd etmişdir ki, xalqa xidmət edin. Kasıb insanların haqlarını yeməyin. Çox təəssüf edirəm ki, ölkə başçısnın bu çağırışına məhəl qoymayan bəzi üzdən iraq məmurlar öz çirkin niyyətlərini həyata keçirməyə nail olublar. Dövlət isə bu çirkin əməllərin qarşısnı almaq üçün lazımi tədbirlər həyata keçirir ki, cəmiyyəti belə tip məmurlardan xilas etsin. Bu kimi tədbirlərin həyata keçirilməsi günün ən vacib məslələrindəndir. Bütün bunlarla yanaşı Cənab Prezident gənclərin yüksək vəzifələrə irəli çəkilməsini və onların xalqa xidmət etməsini tələb etməklə, bir çox rayonlara gənc icra başçıları təyin edib. Və onlara tapşırıb ki, gedin rəhbərlik etdiyiniz rayonlarda xalqa xidmət edin, neqativ halların qarşısnı alın. İnanıram ki, cənab Prezidentimizin bu addımı cəmiyyətimiz üçün daha effektli olacaq və yeni idarəçilik sistemində belə neqativ halların qarşısı alınacaq.

-Artıq gənclər yerlərdə icra başçısı təyin olunur. Bu təyinatlarla bağlı nə deyə bilərsiniz?

-Bu günün Azərbaycan gəncliyi çox savadlı, müasir, informasiya texnologiyalarını daha yaxşı bilən, yeni yanaşma metodları ilə işləməyi bacaran dövlətinə, millətinə sədaqətli gənclərdir. Bu kateqoriyadan olan gənclərimiz Cənab Prezidentimiz İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Nəin ki, onları icra başçısı, hətda nazir və nazir müavinləridə təyin edir. Bu günün tələbi budur. Biz cəmiyyətimiz üçün yeni, savadlı gənc kadrlar yetişdirməliyik. Onların potensialından istifadə etməliyik. Məhz Cənab Prezidentimizdə bu baxımdan gənclərin irəli çəkilməsinə və yeni idarəçilik sitemində onların roluna da böyük ehtiyac olduğunu görüb bu adımlarıda atır. Ümüd edirəm gənclərimiz də onlara göstərilən bu etimadı yüksək qiymətləndirəcək və üzərlərinə düşən bu kimi məsuliyyətli vəzifləri icra edərkən Cənab Prezidentimizin tövsiyyə və tapşırıqlarını əldə rəhbər tutacaqlar. Bir sözlə gələcək gənclərin əlindədir.

Ədil Ədilzadə