Deputatdan təbrik

Dəyərli dostlar! Əziz xalqımız!

Sizi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!
Bildiyiniz kimi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Belə ki,İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasının təməlini qoydu.
İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
23 ay yaşamağına baxmayaraq qoyduğu təməldə, bu gün sürətli inkişafda olan,dünya dövlətləri arasında mühüm çəkiyə malik olan,imzasının xüsusi əhəmiyyəti olan ,ürəyi Heydər Əliyev ideyaları ilə döyünən müstəqil AZƏRBAYCAN dayanır!
Yaşasın müstəqil Azərbaycan!

Sadiq Qurbanov

Milli Məclisin deputatı