Bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani arasında təkbətək görüşdən sonra geniş tərkibli görüş keçirilib.
sabahinfo.az-ın APA-ya istinadən məlumatına görə, prezident İlham Əliyev geniş tərkibli görüşdə deyib ki, bu səfərə çox böyük əhəmiyyət verir.
Dövlət başçısı bildirib ki, səfərin çox uğurlu olacağına və əlaqələrin inkişafına təkan verəcəyinə inanır:
"Bu gün iki ölkə arasında mühüm sənədlər imzalanacaq. Sabah isə üçtərəfli görüş keçiriləcək. Üçtərəfli görüşdə də müxtəlif məsələləri təhlil edəcəyik. Əminəm ki, iki ölkənin əlaqələri səmimi əsaslarla qurulub. İki qonşu və qardaş ölkə kimi münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Xalqlarımız ən yaxşı əlaqələrin qurulmasını, bu münasibətlərin regionda sabitlik və sülhün bərqərar olmasında rol oynamasını istəyir”.