Putindən struktur islahatları

Vayno Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsində çalışırdı.

Rusiya prezidenti Vladimir Putin Anton Vaynonu Administrasiya rəhbəri təyin edib. 

sabahinfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

"Dövlət başçısının fərmanı ilə Vayno tutduğu vəzifədən azad edilərək Rusiya Prezidenti Administrasiyasının rəhbəri təyin edilib”, - məlumatda deyilir. 

Daha öncə Vayno Rusiya Prezidenti Administrasiyasının rəhbərinin müavini vəzifəsində çalışırdı.