Ramil Usubovdan yeni rəis təyinatı

Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub.

sabahinfo.az APA-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnikRamil Usubovunəmri ilə polis mayoru Fəxrəddin Abbasov Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

F.Abbasov yeni vəzifəyə təyinat almamışdan əvvəl daxili işlər nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Daşkəsən RPŞ-nın əvvəlki rəisi Elsevər Aslanov daxili işlər nazirinin əmri ilə Ağstafa RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.