"Pakistanın Kvetta şəhərində törədilmiş və çoxsaylı insan tələfatına səbəb olmuş terror aktını pisləyir və dost Pakistan xalqına dərin hüznlə başsağlığı verirəm”.
sabahinfo.az-a verilən məlumata görə Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri Razi Nurullayev Pakistanda törədilən terror aktını pisləyərək,
Pakistan xalqına başsağlığı verib:
"Bu açı xəbər məni çox üzdü. Pakistan
hər zaman Azərbaycanın yanında olub, hər zaman qardaş əlini uzadıb. Buna görə də
dost və qardaş Pakistanda baş verən bu dəhşətli terror bizi daha çox narahat
edib. Kaş dost Pakistan xalqının bu acısını azaltmaq üçün nələrsə edə biləydik.
Bir daha dərin
üzüntümü dilə gətirir və bu dəhşətli acını paylaşdığımı bildirirəm. Partiya
olaraq da, kömək və yardım aksiyasına da qoşulmağa hazırıq. Allahdan bütün həlak
olanlara rəhmət diləyir və yaxınlarına səbr arzulayırıq”.