Türkmanlar yenidən Əsədin hücumuna məruz qaldı

Suriyada rejim qüvvələri Latakiya vilayətinin Bayırbucaq türkman bölgəsinə şiddətli hücuma keçib.

 

sabahinfo.az xəbər verir ki, Bəşər Əsədə sadiq qüvvələr türkman qəsəbələrini top atəşləri ilə hədəf almağa başlayıb.

 

Məlumata görə, Aynisə və Kələz qəsəbələri ətrafında vəziyyət olduqca ağırdır.

 

Zeytuna bölgəsinin isə Rusiya və Əsəd qüvvələri ilə yanaşı, şiə döyüşçülərinin də hücumuna məruz qaldığı deyilir.