Hacıqabulda iftar süfrəsi verildi

28 aprel 2022-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə Şəhid ailələrinin üzvləri, qazilər, bir qrup aztəminatlı ailələrin nümayəndələri və dindarlar üçün iftar süfrəsi açılıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasim “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək mərasim iştirakçılarını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. Ölkəmizdə Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz daxili və xarici siyasəti nəticəsində torpaqlarımızın azad olunmasında qazanılan Zəfərdən, həmin qələbənin qazanılmasında öz canından keçmiş Şəhidlərin və qazilərin qəhrəmanlıqlarından danışıb. Bu gün Şəhid ailələrinə, qazilərə və Müharibə iştirakçılarına Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan söhbət açılıb.

Tədbirdə çıxış edənlər Ramazan ayının insanları paklığa xeyirxahlığa bərabərliyə və əmin-amanlığa dəvət edən islamın müqəddəs ayı olduğu barədə danışıblar. Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.